Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR - 7 ölü, 5 yaralı

07.06.2018 13:18

Ukraynanın Donbas bölgəsində ötən gün vəziyyət gərginləşib.

"Qordon” nəşri xəbər verir ki, Ukrayna Birləşmiş güclərin əməliyyat mərkəzindən verilən məlumata görə, döyüşlər nəticəsində 2 Ukrayna hərbçisi həlak olub, daha 2-i yaralanıb.

Həmçinin, Ukrayna kəşfiyyatının məlumatına görə, 5 separatçı məhv edilib, 3-ü yaralanıb.

Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb./publika.az

© xezerxeber.az


4553 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR