May ayı üçün qeyri-iş günlərinin sayı açıqlanıb

26.04.2018 13:09

May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: "28 May - Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək”.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqvimi”nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: "Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir”.

© xezerxeber.az

FOTOQALERIYA






2271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR