Yanvarın 20-dən etibarən yollar ödənişli olacaq

16.01.2018 15:35

Şimali Koreyada yanvarın 20-dən etibarən yollar ödənişli olacaq. Trend-in məlumatına görə, eləcə də Pxenyan-Vonsan turistik yolunun da ödənişli əsaslarla xidmət göstərəcəyi bildirilib.

Məlumata görə, hazırda ölkənin avtomagistrallarında ödənişlər üçün toll-qeytlər quraşdırılır.

Sürət avtomagistrallarına görə ödənişlərin "Mire" kartları ilə həyata keçiriləcəyi bildirilib. Qeyd olunur ki, kartın dəyəri 315 von (3 dollardan bir qədər çox) olacaq.

© xezerxeber.az


2262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR