Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Gündə 10 qram qoz və ya yerfındığı yesəniz - İNANILMAZ FAYDA

20.11.2017 14:14

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

Bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstıqın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb. (Azərtac)

© xezerxeber.az


1936 dəfə oxunub

ÇOX OXUNANLAR