Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Messi etiraf etdi - “Həyatımda sadəcə Zinəddin Zidanın... ”

17.09.2017 11:59

Futbol sahəsində futbolçuların bir-biri ilə forma dəyişməyinə alışmışıq. Bəzi futbolçular var ki, onlar heç bir matçdan sonra forma istəməyib, amma forması istənib. Bəhs etdiyimiz oyunçulardan biri Lionel Messidir.

Bəzilərinə görə dünyanın ən yaxşı futbolçusu olan Argentinalı ulduzun matç sonlarında hər hansı bir futbolçudan forma istədiyini görməmisiniz. Ancaq, əfsanəvi futbolçu mövzu ilə əlaqədar verdiyi müsahibəsində sadəcə bir oyunçunun formasını istədiyini açıqlayıb.

Messinin müsahibəsində bəhs etdiyi oyunçu Barselonanın əvvəlki rəqibi, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Zinəddin Zidandır.

"Heç forma istəmədim. Rəqib komandada bir Argentinalı varsa onunla formamı dəyişdirərəm. Argentinalı yoxdursa və biri məndən xaiş edərsə onunla dəyişdirərəm. Amma, mən heç kimdən formasını istəmərəm. Bu günə qədər bunun tək bir istisnası oldu. Həyatımda sadəcə bir futbolçudan formasını istədim: O da Zinəddin Zidandır".

© xezerxeber.az


3708 dəfə oxunub

ÇOX OXUNANLAR