Həbiblə döyüş üçün rekord məbləğ istədi – Yarım milyard dollar

18.10.2018 16:00

Makqreqorla döyüşə görə Meyvezerin qonararı 300 milyon dollar olub

Amerikalı bokçu Floyd Meyvezer qarışıq döyüşlər (UFC) üzrə rusiyalı çempion Həbib Nurməhəmmədovla mümkün döyüşünü şərh edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir

İdmançı ehtimal edib ki, onların döyüşü üzrə qonorar qarışıq döyüşlər (UFC) üzrə irlandiyalı döyüşçü Konor Makqreqorla görüşə görə olan məbləğdən yüksək olmalıdır: "Həbiblə döyüş üçün 9 rəqəmli məbləğ alacam. Mən Konorla döyüşə nisbətdə daha çox qazanacağam. Hesab edirəm ki, məbləğ əvvəlki qonarardan 100 milyon dollar, bəlkə də 200 milyon dollar çox olacaq".

Qeyd edək ki, Makqreqorla döyüşə görə Meyvezerin qonararı 300 milyon dollar olub.

Xatırladaq ki, oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship— UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR