Qurban Qurbanov dünyada neçəncidir?

18.10.2018 15:34

"World Coach Ranking" saytı baş məşqçilərin yeni reytinq siyahısını açıqlayıb.

Milli komandamızın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövqeyini qoruyaraq 463-cü pillədə qərarlaşıb. Onun aktivində 1077 xal var.

Siyahıda "Neftçi"nin baş məşqçisi Roberto Bordində yer alıb. O, 1015 xalla 478-ci pilləni tutur. İtaliyalı mütəxəssis ötən həftəki siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

Dünyanın ən yaxşı baş məşqçiləri siyahısına "Barselona”nın baş məşqçisiErnesto Valverdebaşçılıq edir - 14790 xal. İlk "onluq"da həmçininDieqo Simeone("Atletiko", İspaniya),Renato Qauço("Qremio", Braziliya),Marselo Daniel Qallardo("River Playt", Argentina),Zinəddin Zidan("Real"ın (İspaniya) sabiq baş məşqçisi),Massimiliano Allegri("Yuventus", Argentina),Jupp Heynkes("Bavariya"nın (Almaniya) sabiq baş məşqçisi), Ariel Holan("Liverpul", İngiltərə),Quillermo Barros Şkelotto("Boka Xuniors", Argentina) yer alıb./Qaynarinfo

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR