Kolumbiya çempionatında dava

18.10.2018 14:17

Futbol üzrə Kolumbiya çempionatının 14-cü turunda "Atletiko nasyonal” və "Deportivo Kali” komandaları arasında matçda (0:0) maraqlı bir hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, final fitinin səslənməsinə bir neçə dəqiqə qalmış meydan sahibləri rəqib komandanın cərimə meydançası yaxınlığında standartı icra etmək hüququ qazanıblar. "Atletiko nasyonal”ın yarımmüdafiəçisi Xeyson Lukumi standartı icra etməyi qərara alaraq topu əlinə götürüb. Lukuminin komanda yoldaşı, hücumçu Dayro Moreno topu vuraraq onun əlindən salıb, bundan sonra oyunçular arasında az qala dava düşüb. Münaqişə zamanı başı ilə Morenonun üzünə vuran Lukumi buna görə qırmızı vərəqə alıb.

Matçdan sonra "Atletiko nasyonal” elan edib ki, bu hadisəyə görə Moreno ilə sazişi pozmaq qərara alınıb, Lukumi isə 8 günlüyə əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR