Maska taxılması ilə bağlı məsləhətlər - nələri etmək olmaz

01.12.2020 16:19

COVİD-19 xəstələyindən qorunmaq üçün istifadə olunan qoruyucu maskaların tez-tez dəyişdirilməməsi üzdə akne (sızanaq), rozasea (çəhrayı sızanaqlar), seboreik dermatit (qızarıqlıq və qabıqlanma) və allergik kontakt dermatit (allergik fəsadlar) dəri xəstəliklərinin yaranmasına səbəb olur.

Bunu Xezerxeber.az-a açıqlamasında dermatokosmetoloq Əsmayə Həsənli deyib.

Onun sözlərinə görə, gün ərzində maskanın 2 saatdan bir yenilənməməsi dəri problemləri olan şəxslərin üzündə nəmlilik, temperatur və tər ifrazını artırır:

"Xüsusilə yağlı dərilərdə qıcıqlanaraq daha çox sekret ifraz edən piy vəzi axarlarının qapanması üzdə sızanaqların artmasını sürətləndirir.
Rozasea xəstəliyi zamanı yanaqlarda, burun, çənə nahiyyəsində qızartı və çivzəyə bənzər səpkilər müşahidə olunur.
Xanımlarda burun kənarları və qaşüstü hissələrdə, kişilərdə isə saqqal nahiyəsində qabıqlanma, qaşınma və qızartıların çoxalması seboreik dermatit xəstəliyinin əlamətləridir. Maskanın istehsalında istifadə olunan materiala qarşı allergik reaksiya isə kontakt dermatit xəstəliyinin inkişafına zəmin yaradır.

Ümumiyyətlə, birdəfəlik maskaları 2 saatdan bir yeniləmək və onları yuyarkən hipoallergik yuyucu vasitələrdən istifadə problemin çıxış yoludur”.

Əsmayə Həsənli bildirib ki, dərini qurudan və aqressiv təmizləyici vasitələr üz dərisi üçün ziyanlıdır:

"Maskanın altından makiyaj etmək məsləhət görülmür. Ev şəraitində üzümüzü mitselyar su ilə yuyub təmizləməliyik.

Ümumiyyətlə, allergik xəstəliyi olan şəxslər maskanın birbaşa dəriyə təmas etməməsinə diqqət etməlidir. Məsələn, materialı pambıqdan olan parçanı maskanın alt hissəsinə tikmək daha məqsədəuyğundur”.

Sevinc Yasinqızı

© xezerxeber.az

FOTOQALERIYA






549 dəfə oxunub

XƏBƏRLƏR

19.01.2021 19:42

Bakıya qar yağır

ÇOX OXUNANLAR