İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.
Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın alınmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.
Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü isə yaralanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
© xezerxeber.az
Horadiz-Füzuli istiqamətində ərazilər minalardan təmizlənir - VİDEO
Ombudsman əsir götürülənlərlə bağlı hesabat hazırladı - VİDEO
Yaz aylarında pandemiya alovlanacaqmı? - Professordan PROQNOZ
Horadiz-Füzuli istiqamətində ərazilər minalardan təmizlənir - VİDEO
Ombudsman əsir götürülənlərlə bağlı hesabat hazırladı - VİDEO
Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB