Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Qəhrəman həkim: Yaralı 8 əsgəri həyata qaytardı - VİDEO

26.11.2020 21:35

İndi sizə öz peşə borcunu qürurla yerinə yetirən qəhrəman həkimdən danışacağıq. Reanimatoloq Kəmalə Namazova, 7 hərbçimizi kliniki ölümdən xilas edib. Həmçinin, morqda olan və ölmüş hesab edilən 1 nəfər qazimizi də həyata qaytarıb.

O, 7 hərbçimizi kliniki ölümdən xilas edən, morqda olan və ölmüş hesab edilən 1 nəfər qazimizi də həyata qaytaran qəhrəman həkimdir.

Söhbət yaralı əsgərlərimizi müalicə edən, əslən Qərbi Azərbaycanın Qarakilsə rayonundan olan anestezioloq - reanimatoloq Kəmalə Namazovadan gedir. O, vəzifə borcunu qürurla yerinə yetirən qəhrəman həkimlər sırasındadır. Könüllü olaraq cəbhəyə yolanıb , həmkarları ilə birgə öz vəzifəsini orada davam etdirib.

Kəmalə həkim deyir ki, sevidirici hal o idi ki, onların müalicə etdiyi yaralılardan dünyasını dəyişən olmadı.

Orada çalışan həkimlərin yalnız bir amalı olub, əsgərlərimizi xilas etmək. Deyir ki, torpaqlarımızın işğaldan azad olunması xəbərini eşidəndə ən sevincli günlərimizi yaşayırdıq, o xəbərlərdən güc alırdıq.

Bildirir ki, cəbhədə olan həkimlərimiz cəngavər idi, Müzəffər Ordumuz kimi… Hamı əsgər üçün, Vətən üçün yumruq kimi birləşmişdi.

© xezerxeber.az

FOTOQALERIYA






669 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR