Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İqor Korotçenko: Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu

26.11.2020 18:11

Fransa Senatının Azərbaycan ərazisində qondarma "DQR” rejiminin "müstəqilliyinin” tanınmasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çəkilməsinə dair bəyanatdır.

Bunu rusiyalı hərbi mütəxəssis, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko "Vestnik Kavkaza”ya müsahibəsində deyib.

"Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricinə qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktoru və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri ilə qəbul edilib. Digər tərəfdən bu Azərbaycana qarşı açıq şəkildə dostluqdan kənar bir aksiya və təhqirdir”, - deyə Korotçenko bildirib.

"Fransa əvvəllər də tarazlığa riayət etməyib və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. İndi bu artıq Senatdakı deputat çoxluğu səviyyəsində bir daha təsdiqləndi. Hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib”, -deyə rusiyalı mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək:

"Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.

Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR