Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Dünya futbolunda sadəcə “bir nömrə” var – Messi!

21.11.2020 10:29

"Barselona”nın sabiq üzvü, hazırda "Sevilya”nın şərəfini qoruyan İvan Rakitiç keçmiş komanda yoldaşı Lionel Messi barədə açıqlama verib.

FİFA-nın rəsmi saytına danışan xorvatiyalı futbolçu, Messinin ünvanına xoş sözlər deyib:

"Kim olduğun vacib deyil, bu adamı izləməli və əylənməlisən. Dünya futbolunda sadəcə "bir nömrə” var – Messi! Onunla birlikdə 311 oyun oynamaq xəyal kimi idi. Bundan böyük zövq aldım. Bütün bunlar üçün ona təşəkkür edirəm. Messi onunla birlikdə oynamağın mənim üçün nə qədər vacib olduğunu əsla bilməyəcək.

Altı ildə 311 oyun! Messi, Dani Alveş və Xavyer Maskeranodan sonra ən çox oyun keçirən dördüncü legionerəm. Klub tarixinin bir parçası olduğumu deyə bilərəm”./Unikal.org

© xezerxeber.az


395 dəfə oxunub

XƏBƏRLƏR

04.12.2020 11:15

Ulduz yağışı olacaq

ÇOX OXUNANLAR