Kəlbəcərə yol hansı istiqamətdən olacaq? - Təkliflər

18.11.2020 10:23

"İşğaldan azad olunan ərazilərimizdə çoxlu sayda yolların yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var. Füzuli–Şuşa avtomobil yolunun çəkilməsi həm iqtisadi-siyasi, həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır”.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, növbəti belə möhtəşəm layihə Kəlbəcər istiqamətində olmalıdır:

"Təəssüf ki, Tərtər-Kəlbəcər yolu sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də şanlı Ordumuzun etibarlı logistikasını təmin etmək, həmçinin mülki əhalinin və dövlət qurumlarının tam maneəsiz istifadəsi üçün Kəlbəcərə gedən Göygöl-Toğana-Kəlbəcər yolu mükəmməl şəkildə yenidən tikilməlidir. Bundan başqa Daşkəsənin Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə yeni yol çəkilməlidir. Eyni zamanda Kəlbəcər-Laçın yolu da mükəmməl yola çevrilməlidir. Bir sözlə, yol çəkənlərimizi ağır, amma şərəfli işlər gözləyir".

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına başlanılıb./Qaynarinfo

© xezerxeber.az

FOTOQALERIYA






1273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR