Sarkisyandan Paşinyan iqtidarına sərt sözlər - Xalqı aldatmayın, Şuşa artıq...

06.11.2020 13:04

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın ofisi Ermənistan Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumatlar verməkdə ittiham edib.

Sərkisyan müraciətində Artsrun Ovannisyanın açıqlamalarının reallıqla heç bir bağlılığının olmadığını bildirib. o, 2018-19-cu ildə Ermənistanın silahlanmasının əvvəlki illərlə müqayisədə həddən artıq çox olması barədə rəsmi məlumata qarşı çıxıb:

"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir. Düşmən Şuşada olduğu zamanda reallığı təhrif etmək və doğru olmayan rəqəmlər vermək olmaz”, – deyə bəyanatda yer alıb./Axar.az

© xezerxeber.az


15867 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR