Azərbaycan Ordusundan böyük uğur... - Hər an açıqlana bilər

06.11.2020 11:45

"Əvvəllər Ermənistan tərəfindən mülki əhalinin yaşadığı ərazilərə gün ərzində yüzlərlə mərmi atılırdısa, indi artıq bu rəqəm xeyli azalıb”.

Bu sözləri hərbi ekspert Əbuzər Əbilov deyib. O, ordumuzun sürətlə irəlilədiyini bildirib:

"Ordumuz artıq çox irəlidədir və düşmənin ərazidə olan texnikaları, silah-sursatı, yayılım-atəş sistemleri məhv edilib. Buna görə də, erməni terrorçular əvvəlki kimi mülki əhaliyə qarşı terror aktları törədə bilmir. Olduğum əraziyə əvvəllər gün ərzində 100-dən çox raket atılırdısa, indi artıq bu rəqəm xeyli azalıb. Düşmən bütün istiqamətlərdən sıxışdırılıb. Onlar silahlarını, texnikalarını qoyub qaçılar. Yaxın günlərdə ordumuz böyük bir nailiyyətə imza atacaq. Sadəcə bir az səbrli olaq. Biz 27 ildir gözləyirik, bir az da gözləyək. Ordumuz öz işini görür, dayanmadan, düşmənə aman vermədən vuruşur. Qələbəyə az qalıb!”

Mahir Xəttab Redaktor.az

© xezerxeber.az


8572 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR