Ermənistan Bərdəyə raket atdı - 4 nəfər öldü, 10 nəfər yaralandı

27.10.2020 17:58

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

Qeyd edək ki, Prezidentin köməkçisiHikmət Hacıyevöz tvitter səhifəsində raket hücumu nəticəsində ölənlərin arasında uşağın olduğunu bildirib. Onun sözlərinə görə, yağın yanğınsöndürənlər tərəfindən söndürülür.

***

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

© xezerxeber.az

FOTOQALERIYA






769 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR