Düşmən Laçının Səfiyan kəndini atəşə tutub

26.10.2020 09:12

Ermənistan silahlı qüvvələrinin təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu sürətlə irəliləyərək artıq Laçın rayonuna daxil olub. 

Xezerxeber.az xəbər verir ki, sentyabrın 27-dən başlayaraq uğurlu əməliyyatlar nəticəsində işğal altında olan bir neçə şəhər və yaşayış məntəqələrini işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlıdan sonra Laçına daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da xəbər yer alıb. 

Bu gün yayılan rəsmi məlumatda qeyd edilib: "Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub".

© xezerxeber.az

FOTOQALERIYA






3208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR