Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Koronavirusla qripi necə ayırd edək? – Professor açıqlayır

19.10.2020 16:01

Payızın gəlişi ilə mövsümi dəyişikliklər səbəbindən qrip infeksiyası halları da artır. Koronavirus simptomları ilə qrip arasında oxşarlıq olduğundan xəstələr ziddiyyətlərlə qarşılaşa bilərlər. Bəs oxşar simptomları olan bu iki xəstəliyi necə ayırd edə bilərik?

Türk mətbuatı xəbər verir ki, türkiyəli elm adamları, o cümlədən "Eskişehir Osmangazi Universitesi”nin müəllimi olan Selma Metintaş bununla bağlı araşdırma aparıb.

Selma Metintaş hər il payız və qışda tənəffüs xəstəliklərinin yayıldığını xatırladıb:

"Payızda Covid-19 və digər yoluxucu xəstəliklərin artması realdır. Başqa sözlə, qrip və digər tənəffüs yolları infeksiyalarına səbəb olan viruslara da yoluxmuş şəxslərə getdikcə daha çox rast gəlinəcəkdir”.

Xəstəliklərin əlamətlərinə toxunan Metintaş Covid19-la qripin fərqini də bildirib:

"Covid19-da olduğu kimi qızdırma, tərləmə, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, yorğunluq, əzələ və bədən ağrısı kimi şikayətlər qripdə də olur.

Öskürək şəklində irəlilədiyini bildirən bu epidemiyada görülən qoxu və dad itkisi digər tənəffüs yolu infeksiyalarında müşahidə edilmir. Uşaqlarda xarici ishal, ürək bulanma və qusma kimi mədə-bağırsaq simptomları qripdə görülmür.

Tənəffüs çətinliyi, sinə ağrısı, simptomları Covid19-da görülür. Qrip uşaqlara nisbətən yaşlılarda daha ağır olur. Koronavirusdakı xəstəlik təmasdan 2-14 gün sonra, qripdə isə 1-4 gün sonra ortaya çıxır”.

BAKU.WS

© xezerxeber.az

FOTOQALERIYA






699 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR