Koronavirusa ən yüksək yoluxma riskli şəhər açıqlandı

19.10.2020 11:24

Respublika üzrə koronavirusa yoluxma ilə bağlı statistika açıqlanıb.

Bu barədə "Koronavirus.info” saytında qrafik yerləşdirilib.

Belə ki, ölkə üzrə ümumi yoluxmanın 55,9 faizi paytaxtın payına düşür.

Abşeronda14,9 faiz, Aran zonasında 10,4 faiz, Gəncə-Qazaxda 6,5 faiz yoluxma qeydə alınıb.

Eyni zamanda, Lənkəranda 4,1 faiz, Quba-Xaçmazda 2,4 faiz, Şəki-Zaqatalada 2,3 faiz, Dağlıq Şirvanda 1,5 faiz, Yuxarı Qarabağda1faiz təşkil edib.

Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb. Burada koronavirusa yoluxma 0.09 faiz olub.

© xezerxeber.az

FOTOQALERIYA






1046 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR