Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir

18.10.2020 13:53

Uşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

"Science Advances” jurnalının məlumatına görə, Helsinki Universitetinin alimləribununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.

Digər bir qrup isə şəhərdə qalıb.

Araşdırmaya görə,meydançalarda oynayan uşaqların dəridəki bakteriyaların müxtəlifliyi artıb ki, bu da immunitet sistemini gücləndirib. Bundan başqa, onların qan nümunələrində iltihab əleyhinə IL-10 zülalının miqdarı artıb.

Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasın vacib olduğu qənaətinə gəliblər.

oxu.az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

28.10.2020 09:47

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR