Daha 10 şagirddə koronavirus aşkarlandı

23.09.2020 08:50

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la olan məlumatı açıqlayıb.

Sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.

Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.

© xezerxeber.az


1133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR