Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi

20.09.2020 15:50

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldo karyerası ərzində 5-ci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.
 
Bu barədə futbolçu şəxsi "instagram" səhifəsi üzərindən məlumat yayıb. 
 
35 yaşlı hücumçu "İFFHS-in dünyanın ən yaxşı bombardiri mükafatını aldığım üçün xoşbəxtəm", deyə yazıb.

Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur. Mükafatı alan Ronaldo 2019-cu ildə milli və "Yuventus"da ümumilikdə 21 qol vurub.
 
Fanat.Az

© xezerxeber.az


338 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR