Televiziya şousunun ulduzuna çevrilən 13 uşaq anası intihar edib

19.09.2020 15:28

Böyük Britaniya sakini, çoxuşaqlı ana Mendi Hardner evinin yaxınlığında ölü tapılıb.

Xezerxeber.az "The Sun” qəzetinə istinadla xəbər verir ki, insident Uest-Sasseks qraflığında qeydə alınıb. 43 yaşlı britaniyalı qadının intihar etdiyi məlum olub. Suisidin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Mendi Hardner "Qeyri-adı hamiləliklər” televiziya şousu ilə məşhurlaşıb. O, 2016-cı ildə 12-ci uşağına hamilə olan zaman verilişə çıxıb. İki il öncə isə Mendinin 13-cü övladı dünyaya gəlib. Qadın televiziya şousunda bildirib ki, nə qədər çox uşaq dünyaya gətirirsə, bunu bir o qədər də yenidən təkrarlamaq istəyir.

O, özünün "Instagram” səhifəsində ailəsi barədə məlumat yerləşdirib və övladlarını, itini və həyat yoldaşını çox sevdiyini yazıb.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR