Ötən gün dünyada koronavirusun yayılmasında yeni rekord qeydə alınıb

19.09.2020 13:59

Sentyabrın 18-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 315 min 130 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 314 min 732 nəfərin yoluxduğu sentyabrın 17-də müşahidə edilmişdi.

Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5465 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa yoluxanların sayı 30 milyon 717 min 711 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 956 min 864 nəfərə çatıb. Eyni zamanda, 22 milyon 352 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 408 min xəstədən 61 min 417-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 925 min 941 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Hindistanda 5 milyon 308 min, Braziliyada 4 milyon 497 min, Rusiyada 1 milyon 97 min, Peruda 756 min, Kolumbiyada 750 min nəfər COVID-19 xəstəliyinə yoluxub.

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideri olan ABŞ-da 203 min 171, ilk beşlikdə qərarlaşan Braziliyada 135 min 857, Hindistanda 85 min 625, Meksikada 72 min 803, Birləşmiş Krallıqda isə 41 min 732 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© xezerxeber.az


387 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR