Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı

18.09.2020 17:39

Meşələrin mühafizəsi ilə bağlı ən problemli rayonlarımız Oğuz, Qəbələ, İsmayıllı və Lerikdir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib

Onun sözlərinə görə, bu rayonların sakinləri həmişə meşələrdən odun tədarükü edirlər: "Bu ərazilər ən problemli yerlərimizdir. Qəbələdə meşələrin mühafizəsi işi ilə bağlı ETSN və Daxili İşlər Nazirliyinin (DİN) daxili məlumatı əsasında 5 nəfər həbs edilib. Bu barədə ictimaiyyətə məlumat verilib. Lerikdə belə cəza tədbirləri bizim tərəfimizdən görülür. Əsas yaşayış məntəqələrinin meşənin içərisində olması, bəzi yaşayış məntəqələrində qazlaşdırmanın olmaması meşələrin mühafizəsini çətinləşdirir”.

N.Xıdırov əlavə edib ki, ağac qıranlar əsasən, həmin kənddə yaşayan sakinlərdir.

© xezerxeber.az


1117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR