Azərbaycanda 21 yaşlı qızdan sevgilisinin maşınında ŞOK HƏRƏKƏT - TƏFƏRRÜAT

14.09.2020 14:18

Kürdəmir rayonunda 21 yaşlı qızın özünü hərəkətdə olan avtomobildən ataraq intihar etməsi hadisəsini təfərrüatları məlum olub.

XəzərXəbər xəbər verir ki, ilkin araşdırmalar nəticəsində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində özünü maşından atan 21 yaşlı Ayşən Şükürovanın avtomobilin sürücüsü Xırdapay kənd sakini, 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu ilə sevgili olması üzə çıxıb.

Bbelə ki, 21 yaşlı qız bir müddət əvvəl Əsədlə tanış olub və onlar arasında sevgi münasibəti yaranıb. Lakin bir neçə gün əvvəl gənc oğlan başqa qızla nişanlanacağını bildirirək Ayşəndəna yrılmaq istəyib. Bundan sonra onlar münasibətlərini müəyyənləşdirmək məqsədilə görüşmək qərarına gəliblər. Ə.İbadov "VAZ-2107" markalı avtomobillə A.Şükürovanı götürüb və onlar rayon mərkəzi istiqamətində hərəkətdə olarkən maşında mübahisə ediblər. Mübahisə zəminində gənc qız qapını açaraq özünü saatda 60-70 kilometr sürətlə hərəkətdə olan avtomobildən yola atıb. Asfaltın üzərinə çırpılan Ayşən ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Lakin onun xəsarətləri çox ağır olduğundan təcili olaraq Bakıya göndərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir./Publika.az

© xezerxeber.az


944 dəfə oxunub

XƏBƏRLƏR

27.10.2020 09:31

Neft bahalaşıb

ÇOX OXUNANLAR