Ahmet Kayanın xanımı film şirkətini məhkəməyə verdi

06.09.2020 11:32

Məşhur müğənni Ahmet Kayanın həyat yoldaşı Gülten Kaya "Son Şarkı" filminin yaradıcısı Erbay Medya şirkətini məhkəməyə verib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaya və iki qızı filmin çoxaldılmasının və yayımlanmasının qarşısının alınmasını istəyib.

"Ahmet" adlı filmdə Ahmet Kayanın çıxdığı bir səfərdəki hekayəsi yer alıb. Burada istifadə olunan əsərlər üçün onlardan icazə alınmadığını deyən Gülten Kaya qanunsuz hərəkət edildiyini bildirib./Publika.az

© xezerxeber.az


2075 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR