Koronavirusla bağlı ÇOX PİS XƏBƏR - TƏƏSSÜF Kİ, YENİDƏN...

26.08.2020 13:01

Honkonqda yaşayan 33 yaşlı kişi koronavirusdan sağaldıqdan 4 ay sonra yenidən yoluxub.

Alimlər həmin şəxsə yoluxan virusun genom sırasının ilk ötürülən virusdan tamamilə fərqliliyini və bunun dünyada ilk təsdiq olunan təkrar yoluxma olduğunu bildiriblər.

Şəxsin əvvəlcə mart ayında virusa yoluxduğu və müalicə alaraq sağaldığı, bu ay isə İspaniyaya getdiyi və orada yenidən yoluxduğu məlum olub.

Bunun ardınca Niderland və Belçikada iki oxşar hadisənin baş verdiyi açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi, virusoloq Marion Kupmans Niderlandda immuniteti zəif olan yaşlı xəstənin bir neçə ay içində ikinci dəfə virusa yoluxduğunu söyləyib. Belçikada isə 3 ay əvvəl COVID-19-dan müalicə alan bir qadının yenidən yoluxması təyin olunub.

© xezerxeber.az

FOTOQALERIYA






4400 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR