Həkimin qoruyucu kostyumundan "litrlərlə" tər axdı - VİDEO

13.08.2020 12:46

Koronavirusu müalicə edən həkimin qoruyucu kostyumundan "litrlərlə" tökülən tər kameralara düşüb.

Çinin şimal-qərbində, Sintzyanın regional paytaxtı Urumçidə qeydə alınan görüntülər "Daily Mail" tərəfindən yayımlanıb.

Videoda tibb işçisi əvvəl ayağından mavi plastik örtükləri çıxarır, sonra şalvarını qatladıqda içindən tər tökülür.

Nəşrin məlumatına əsasən, Sintzyan iyulun ortalarından etibarən koronavirus xəstəliyi ilə mübarizə aparır. Burada artıq 500-dən çox insan bu virusa yoluxub. Həmçinin, qeyd olunur ki, hazırda bölgədə havanın temperaturu 29 dərəcədir.

Xatırladaq ki, "COVID-19" ilk dəfə 2019-cu ilin dekabr ayında Uhan şəhərində qeydə alınıb. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi dəyərləndirib.

Avqustun 13-nə olan statistikaya əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 20,8 milyonu keçib. Pandemiya 188 ölkəyə təsir edib.



© xezerxeber.az


297 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR