Bakıda park yanır

06.08.2020 16:13

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

© xezerxeber.az


724 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR