Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Yuventus”un danışıqlar apardığı baş məşqçilərin adı məlum oldu

06.08.2020 17:50

İtaliyanın "Yuventus” futbol klubu yeni baş məşqçi axtarışlarına start verib.

"Championat” xəbər verir ki, Turin klubu Çempionlar Liqasında uğursuz çıxış edəcəyi təqdirdə Maurisio Sarri ilə yollarını ayıracaq.

Yayılan məlumata görə, klub rəhbərliyi artıq bir neçə məşqçi ilə əlaqə saxlayıb və onların komandaya gəlmə ehtimallarını müzakirə edib.

"Yuventus” rəhbərliyinin əsas hədəfi Madrid "Real”ın baş məşqçisi Zinədin Zidan olsa da, fransalı məşqçi "Real”ı tərk etməkdən imtina edib.

Klub rəsmiləri hazırda Maurisio Poçettino, Simone İnzagi və Lusiano Spaletti ilə danışıqlar aparır.

© xezerxeber.az


506 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR