Koronavirusun YENİ SİMPTOMLARI üzə çıxıb - Səhiyyə naziri

03.08.2020 15:31

"Koronavirusun yeni sipmtomları üzə çıxıb”.

Bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca "Hürriyet”in köşə yazarı Osman Müftüoğluya açıqlamasında deyib.

Koca Müftüoğlu ilə söhbətində bunları qeyd edib: "Son həftələrdə diaqnoz qoyulan yoluxmalardakı simptomlar ilk günlərdəkindən fərqlidir. Məsələn, ishal və əzələ ağrıları daha tez-tez rast gəlinən əlamətlər olub. Bu dəyişiklikləri diqqətlə izləyirik. Ölümlərdə isə əsas problemlərdən biri qanın laxtalanmasıdır. Bu məsələlərdə yeni strategiyalar hazırladıq. Hər an tətikdə olan virus yeni hücuma çoxdan hazırdır”.

Müftüoğlu bildirib ki, Səhiyyə naziri olduqca narahat və təşvişlidir: "Virus qabaqlayıcı tədbilərə qarşı olduqca müqavimətlidir. Əvvəllər yaşlıları hədəf alırdısa, indi orta yaşlıları, hətta gəncləri xəstələndirir. Əgər qaydalara dəqiqliklə riayət etməsək, ipin ucunu buraxsaq, virus yenidən hücuma keçəcək”.

F.Koca qeyd edib ki, COVID-19 xəstəliyinin müalicəsində geniş istifadə olunan "Favipiravir”in istehsalına başlayacaqlar: "4 yerli dərman firmamıza lisenziya verdik. Bundan sonra ehtiyaclarımızı özümüz qarşılayacağıq. İxrac şansımız belə mümkündür”.

Onun sözlərinə görə, SARS-CoV-2 hələ də öz gücünü qorumaqdadır.

© xezerxeber.az


759 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR