İran kəşfiyyatı "Tonder"in liderini ələ keçirdi - ƏMƏLİYYAT

02.08.2020 12:49

İran "Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhdi ələ keçirib.

İran mediası xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

"İranda silahlı aksiyalar və təxribat əməliyyatlarını ABŞ-dan idarə edən "Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhd Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, "Tonder” terror təşkilatı 2018-ci il 12 aprel tarixində Şiraz şəhərində terror aktı törətməkdə ittiham edilir. Həmin hadisə zamanı 14 nəfər ölmüş, 215 nəfər isə yaralanmışdı. Bundan başqa, təşkilat tərəfindən İranda bir neçə təxribat xarakterli hücumların törədildiyi iddia olunur.

Təşkilatın lideri sayılan C.Şarməhdin ABŞ-ın Kaliforniya ştatında media vasitəsilə İran əleyhinə fikirlər səsləndirməklə məşğul olduğu, təşkilatın özünün isə İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir./Publika.az

© xezerxeber.az


612 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR