Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ronaldo 8 milyon avroya “Buqatti” alıb

31.07.2020 13:59

Portuqaliya millisinin və İtaliya "Yuventus”unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

Xezerxeber.az-ın məlumatına görə, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib.

Portuqaliyalı "Buqatti Sentodieçi” üçün 8 milyon avro ödəyib. Bu, limitli modeldir.

Fransa şirkəti cəmi 10 ədəd "Buqatti Sentodieçi” hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin "Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.

© xezerxeber.az

FOTOQALERIYA






441 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR