Nazir müavini: "Azərbaycan Ordusunun generalı və polkovniki şəhid olub"

14.07.2020 13:10

"İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

Xezerxeber.az-ın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: "Səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".

© xezerxeber.az

FOTOQALERIYA






3184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR