"E-TƏBİB": virusa yoluxanlarla təmasda olanların sayı 2 min nəfəri ötüb - VİDEO

12.07.2020 10:12

İndiyədək 177 min nəfər "E-TƏBİB" mobil tətbiqində qeydiyyatdan keçib.

Xezerxeber.az-ın məlumatına görə, "E-TƏBİB" layihəsinin rəhbəri Fuad Niftəliyev bildirib ki, mobil tətbiqdə olan sarı statuslu şəxslərin sayı isə artıq 2 min nəfəri ötüb. Sarı statuslu şəxslər virusa yoluxanlarla təmasda olanlardır. Onlara tövsiyə edilir ki, laboratoriya analizindən keçsinlər və digər insanlarla məsafə saxlasınlar.

Fuad Niftəliyev bildirib ki, hazırda mobil tətbiqin karantin mərhələsi üzərində işlənir.

İnsanların ictimai iaşə müəssisələrinə, kütləvi toplaşma məkanlarına və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı da QR kodlu girişlər təklif olunur.

Qeyd edək ki, "E-TƏBİB" bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, koronavirusa yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1015 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR