Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Barselona” bu yay Neymarı transfer edə bilməyəcək

09.07.2020 10:05

"Barselona” bu yay PSJ-nin hücumçusu Neymarı geri qaytara bilməyəcək.

Xezerxeber.az xəbər verir ki, Kataloniya radiosuna açıqlama verən klubun prezidenti Xosep Bartomeu bu planı reallaşdırmaq üçün imkanlarının olmadığını söyləyib. Bartomeunun sözlərinə görə, hazırda koronavirus pandemiyasına görə "Barselona” maliyyə problemləri ilə üzləşib. Klub bu yay transferlərə külli miqdarda vəsait ayıra bilməyəcək.

Xatırladaq ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Onu transfer etmək istəyən klub parislilərə 170 milyon avro ödəməlidir.

© xezerxeber.az


552 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR