Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar. Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt "polisə hücum” kimi təqdim olunur.
Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb.
© xezerxeber.azŞimal bölgəsində ən aşağı temperatur bu rayonda qeydə alınıb
Polis əməliyyat keçirdi, 300 min manatlıq narkotik aşkarladı
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
Ötən il 46 COVID-19 xəstəsi cinayət məsuliyyətinə cəlb olunub
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB