Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Küçəyə çıxan bu şəxslərin icazəsi olsa da cərimələnəcək — RƏSMİ AÇIQLAMA

04.07.2020 17:24

Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.


XəzərXəbər xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: "Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər".
 

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: "Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək".

© xezerxeber.az


594 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR