İnsanlara qanını içirdən "Hz.Süleymanın qızı" PEYDA OLDU - VİDEO

04.07.2020 12:00

Türkiyədə Eskişehirdə bir fermada psixoloji rahatsızlıqdan əziyyət çəkən insanları müalicə etmək bəhanəsiylə onların pulunu mənimsəyən qadın peyda olub.

50 yaşlı Sibel.G özünü "Hz.Süleymanın qızı" adlanıraraq onlarla çarəsiz insandan 13 milyon lirə əldə edib.

Məlumata görə o, insanları aldadan zaman belə deyib:

"Mən Hz.Süleymanın qızıyam. Dünyanın axtardığı qan məndədir. Qanım şəfalıdır. İçən sağlamlığına qovuşar".

Zərərçəkənlər bildiriblər ki, Sibel onlara öz qanını içirdib. Bu azmış kimi yanına sağalmaq üçün gələn hər kəsdən əlavə olaraq qurban pulu alıb.

Məlum olub ki, 50 yaşlı qadın əldə etdiyi pullarla estetik əməliyyat etdirib.

Jandarma qüvvələrinin keçirdiyi əməliyyatla saxlanılan saxta peyğəmbər qızı məhkəmədə günahlarını etiraf etməyib. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR