Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

9 il uşaq həsrətində olan ailənin əkizlərini İT PARÇALADI

03.07.2020 14:11

Braziliyanın Piripa bölgəsində 26 günlük əkiz uşaqlar evdə saxlanılan labrador cinsli it tərəfindən parçalanaraq ölüblər.

Hadisə ananın səhlənkarlığı üzündən baş verib. Belə ki, ana qonşu ilə söhbət etdiyi zaman Anne və Analu adlı əkizlərinin təhlükəsizliyini unudub.

Bir müddət sonra ağlamaq səsi eşidən ana içəri qaçsa da uşaqlarını xilas edə bilməyib.

Xəstəxanaya çatdırılan körpələri edilən bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

İtin qısqanclıq nəticəsində uşaqlara hücum etdiyi ehtimal edilir.

Elayin və Regis Novayis adlı cütlüyə 9 ildən sonra valideyin olmaq nəsib olubmuş.

Qohumlar bildiriblər ki, itin davranışları hər zaman normal olub.

Faktla bağlı araşdırma aparılır./Publika.az

© xezerxeber.az


533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR