Dörd siyasi partiya qeydiyyatdan keçib

30.06.2020 17:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda dörd siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR