Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı kəskin artdı

31.05.2020 17:06

Azərbaycan Respublikasında 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nairlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat etmiş, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb.

© xezerxeber.az

FOTOQALERIYA






405 dəfə oxunub

XƏBƏRLƏR

02.07.2020 08:57

Şamaxıda zəlzələ oldu

ÇOX OXUNANLAR