Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30.05.2020 15:58

01.06.2020-ci il tarixində Pirşağı qəsəbəsində aparılan işlər ilə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək. 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək.

© xezerxeber.az


440 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR