Abşeronda it döyüşdürənlər saxlanıldı - 4 nəfər həbs edildi, 2 nəfər...

28.05.2020 12:37

"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib.

O, qeyd edib ki, məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib:

"Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanıb.

Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib.

© xezerxeber.az


341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR