Onların sərvəti iki ayda 255 milyard dollar artıb

24.05.2020 09:37

Dünyanın ən varlı 25 adamının ümumi sərvəti koronavirus pandemiyasına baxmayaraq son iki ayda təxminən 255 milyard dollar artıb.

Xezerxeber.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Forbes jurnalı xəbər verib.

Nəşr qeyd edir ki, ilk beşlikdə hesabat dövrü maliyyə cəhətdən ən uğurlu Mark Zukerberg üçün olub. Onun sərvəti 31 milyard dollar artaraq 86,5 milyard dollara çatıb. Bunun əsas səbəbi onun "Facebook" şirkətinin səhm qiymətində ciddi artım olmasıdır. M.Zukerberg "Forbes"in dünyanın ən varlı adamları siyahısında dördüncü yerə yüksəlib.

"Amazon" şirkətinin direktoru Cef Bezos korporasiyasının səhmlərinin son iki ayda birja qiymətlərinin artmasından 29,9 milyard dollar qazanıb. Onun ümumi sərvəti 146,9 milyard dollara yüksəlib və o, hələ də dünyanın ən varlı adamıdır.

"Microsoft" korporasiyasının qurucularından biri olan Bil Geytsin sərvəti 11,9 milyard dollar artaraq 106,5 milyard dollara çatıb. "LVMH" (Louis Vuitton Moet Hennessy) fransız şirkətlər qrupunun baş meneceri Bernard Arnonun aktivlərinin ümumi dəyəri 12,8 milyard dollar artaraq 94,1 milyard dollara yüksəlib, "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Vorner Baffetin sərvəti 6 milyard dollar çoxalaraq 69,2 milyard dollara qədər artıb.

© xezerxeber.az


403 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR