SON XƏBƏR: Ağdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
SON XƏBƏR: Zamana MEYDAN OXUYAN 50 yaşdan yuxarı qadınlar - Pəhriz saxlamır, makyaj etmir və...
SON XƏBƏR: Azərbaycanda Vaksinasiya Strategiyası TƏSDİQ EDİLDİ
SON XƏBƏR: Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
Koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) tərəfindən də bir sıra işlər həyata keçirilib.
QSC-dəkarantin dövründə aparılan dezinfeksiya işləri və hazırkı sərnişin daşımalarındakı vəziyyət haqda qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Redaktor.az-a bildirib ki,"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan etibarən beynəlxalq və regional istiqamətlərdə sərnişin daşımanı dayandırıb. Abşeron dairəvi xətti üzrə isə məhdud sayda da olsa qatarlarişləyir:
"Bildiyiniz kimi, müəyyən müəssisələr var ki, onların əməkdaşları pandemiya dövründə iş başında olmalıdır.Dəmir yollarının fəaliyyəti hazırda zəruri olan sahələrdən biridir. Çünki digər sahələrin iş başında olan əməkdaşlarının, həmçinin bizim kimi jurnalistlərin də ən çox istifadə etdiyi nəqliyyat növlərindən biri dəmir yollarıdır. Xüsusi karantin rejimi çərçivəsində həmin vətəndaşların işə gediş-gəlişini təmin etmək üçüniki qatarla Abşeron istiqamətində fəaliyyət göstərirdik. Amma mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra gördük ki, qatar sayıpik saatlarda azlıq edir. Buna görə də xəttə daha 2 qatar artırdıq. Onların hərəkət qrafiki ilə rəsmi internet səhifəmizdə tanış ola bilərsiz. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə daha 2 qatar xəttə buraxılıb".
Natəvan Bayramova əlavə edib ki,pandemiya dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımayatəsirsiz ötüşməyib:
"Yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb. Məsələn,biz bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq - 430 mindən çox.Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.
"Azərbaycan Dəmir Yolları" həm pandemiya, həm də pandemiyadan sonrakı dövrdə insanların sağlamlığının qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi istənilən qərara uyğun şəkildə işini qurmağa hazırdır. Sosial məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir. Biz də sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".
© xezerxeber.azAğdamdan Xankəndinə dəmir yolu çəkilir - Türkiyədən YENİ XƏRİTƏ
Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır - VİDEO
Ermənistan ÇÖKÜR - Avro və dollar bahalaşır, inflyasiya dərinləşir
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB