Uçuşlar bərpa edilə bilər

22.05.2020 17:39

"Beynəlxalq uçuşların bərpası müzakirə olunur”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, daxildə və xarici ölkələrdəki durum nəzərə alınacaq: "Beynəlxalq uçuşların iyunun 15-dən bərpa edilməsi mümkün ola bilər”.

R. Bayramlı eyni zamanda qeyd edib ki, ilk növbədə Naxçıvana olan uçuşların bərpa olunması barədə düşünülür: "Bu barədə də qərar dəqiqləşdirilərək yaxın günlərdə ictimaiyyətə bildiriləcək”.

R.Bayramlı onu da əlavə edib ki, iyun ayının 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir.

O deyib ki, çimərliklərin açılmasında da hər hansı problem görmürlər: "Burada əsas məsələ sosial məsafənin gözlənilməsidir. Bununla bağlı müvafiq qaydalara riayət olumalıdır. İdman tədbirləri də müzakirə olunur, 1 iyundan sonra bu barədə qərar veriləcək”.

© xezerxeber.az

FOTOQALERIYA






637 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR