Azərbaycanda koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik

08.04.2020 17:47

Yoluxma hallarının artma sayının əsas səbəbi ötən həftələrdə vətəndaşların qaydalara əməl etməməsidir. Vəziyyətin ciddiliyini anlamayıb karantin rejimini pozan vətəndaşların sayı çoxdur. Təmas çox olduqca, yoluxma artır.

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Biz müşahidələri davam etdirəcəyik. Əgər vətəndaşlar karantin rejiminə əməl etməsələr, biz daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha müraciət edəcəyik. Çünki biz öz resurlarımızı səfərbər etmişik. 22 tibb müəssisəsi ayrılıb. 

Reanimatoloqlar, epidemioloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər işə cəlb olunub. Süni tənəffüs cihazları və resurslar analiz edilib. Bakıda xüsusi təlimçi quruplar hazılanıb. Xəstəliyin qarşısının alınması çox mühimdir. Qaydalara əməl etməsək, süni tənəffüs aparatına keçən xəstələrin sayı artacaq və biz bununla bacara bilməyəcəyik. Süni tənəffüs aparatına bağlanan xəstələri xilas edə bilmirik".

© xezerxeber.az


928 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR